RESOURCES

İslam incəsənəti

Author: Ismail Raji al-Faruqi, Lois Lamya al-Faruqi

İslam incəsənəti

     İslam mədəniyyətinin istənilən aspektinə nəzər salsaq, onu 
Qurani-Kərimin meydana çıxardığının şahidi olarıq. Əslində 
İslam mədəniyyəti Quran mədəniyyətdir, çünki tərifi, struk-
turu, məqsədləri və metodları baxımından başlanğıcını Allah 
Təalanın VII əsrdə peyğəmbəri Həzrət Məhəmmədə göndərdi-
yi ayələrdən götürür. Müsəlman bu müqəddəs kitabdan təkcə 
Mütləq Həqiqətin nə olduğunu öyrənmir. Təbiət, insan və di-
gər varlıqlar, bilik, cəmiyyətin düzgün idarə edilməsi üçün zə-
ruri sayılan ictimai-siyasi və iqtisadi qurumlar – bir sözlə, bilik 
və fəaliyyətin hər bir sahəsi haqqında Quranın təqdim etdiyi 
ideyalar qəti və taleyüklüdür. Bu o demək deyildir ki, hər bir 
fəaliyyət sahəsinə dair dəqiq izahlar və təsvirlər 114 surədən 
ibarət bir kitabda hərfi-hərfinə mövcuddur. Bu o mənaya gəlir 
ki, Qurani-Kərim bütünlükdə bir mədəniyyət və cəmiyyət üçün 
başlıca prinsipləri özündə ehtiva edir. Bu vəhy olmadan mədə-
niyyət yarana bilməzdi; bu vəhy olmasaydı, islam dini də, döv-
ləti də, fəlsəfəsi də, qanunları da, cəmiyyəti də, siyasi-iqtisadi 
sistemi də olmazdı.