RESOURCES

Müasir müəlliflərin yaradıcılığında “məqasid” fikrinin inkişafı

Author: Taha Jabir Al-Alwani

Müasir müəlliflərin yaradıcılığında “məqasid” fikrinin inkişafı

     Həm yaradıcı təfəkkürə söykənən koqnitiv paradiqma əsa-
sında, həm də Quran metodologiyası baxımından tənqid və 
təhlil olunmalı gerçəklik və anlayışlar vardır.
Əsrlər boyu İslam fikri bir neçə dəfə yenidən nəzərdən ke-
çirilmişdir. Hər dəfəsində təhlil meyarları, qarşıya qoyulmuş 
məqsədlər və gəlinən nəticələr fərqli olmuşdur.
XX əsrin başlanğıcında İslam fikrini durğunluqdan xilas et-
məyə çağıran, bütün potensialını yenilənmə əvəzinə təqlid do-
ğurmuş səbəb və amillərin müəyyənləşdirilməsinə sərf edən, 
təhrif və yanlışlıqları aradan qaldırmağa cəhd göstərən islahat-
çılıq hərəkatı mövcud idi.