RESOURCES

Books-in-Brief Series: HƏDİSLƏRİN MÖTƏBƏRLİYİ MEYARLARININ YENİDƏN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Author: Israr Ahmad Khan

Books-in-Brief Series: HƏDİSLƏRİN MÖTƏBƏRLİYİ MEYARLARININ YENİDƏN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

     İsrar Əhmədxanın “Hədislərin mötəbərliyi meyarlarının yenidən 
müəyyənləşdirilməsi” əsəri tam variantda 2010-cu ildə nəşr edilmiş-
dir. Müəllif əsərdə hədislərin səhihliyi kimi həssas mövzuya toxun-
muş, əsas hədis məcmuələrinin tərtibçiləri tərəfindən qəbul edilmiş 
meyarlara diqqət yetirmişdir. Onun fikrincə, əsas diqqətin hədislərin 
məzmununa deyil, istinadına verilməsi digər hədislərlə ziddiyyət təşkil 
edən, Peyğəmbəri olmadığı kimi göstərən, yaxud Quran təlimləri ilə 
üst-üstə düşməyən bəzi rəvayətlərin səhih hədis məcmuələrinə daxil 
edilməsinə səbəb olmuşdur. Müəllif Peyğəmbərin vəfatından sonra 
yayılmış çoxsaylı hədislərin bir hissəsində məqsədyönlü saxtakarlığın 
olmağı faktına məhəl qoyulmamasını absurd hesab edir. O düşünür 
ki, bu saxtakarlıq təkcə dinin əsas missiyasını təhrif etməyi deyil, həm 
də məzhəbçi, siyasi, iqtisadi və hətta teoloji maraqların təmin edilmə-
sini məqsəd güdmüşdür. Yeni yaranmış din uğrunda rəqabətin əksər 
hallarda səbəb olduğu siyasi və dini fikir ayrılıqları hədislər vasitəsilə 
davamlı dezinformasiya kampaniyasına gətirib çıxarmışdı.