RESOURCES

ŞƏRİƏTİN MƏQSƏDLƏRİ HAQQINDA TRAKTAT

Author: Muhammad Al-Tahir Ibn Ashour

ŞƏRİƏTİN MƏQSƏDLƏRİ HAQQINDA TRAKTAT

   Beynəlxalq İslam Fikri İnstitutu (BİFİ) öz oxucularına Yığcam Nəşr-
lər Silsiləsi adlı çox qiymətli bir kolleksiya təqdim edir. Yığcam və 
sadə formatda nəşr edilən kitablarda orijinal materiallardan çox 
diqqətli şəkildə seçilmiş və redaktə edilmiş cümlələr əks olunur. 
Kitabların dili səlis və aydındır. Burada əsas məqsəd oxucularda 
mövzuya qarşı maraq oyatmaq və onları orijinalı tədqiq etməyə 
yönəltməkdir.
   İbn Aşurun “Şəriətin məqsədləri haqqında traktat”ı (ərəb dilin-
dən ingilis dilinə tərcümə olunmuş versiyası) 2006-cı ildə tam 
şəkildə nəşr olunmuşdur. Şeyx Məhəmməd Əl-Tahir ibn Aşur 
“məqasid”i böyük imamların yaşadığı dövrdən sonra ciddi dəyi-
şikliklərin edilmədiyi islam qanunlarının yenilənməsi üçün me-
todologiya olaraq təqdim edir.