RESOURCES

Postnormal dövrün qiraətçisi

Author: Ziauddin Sardar

Postnormal dövrün qiraətçisi

    Beynəlxalq İslam Fikri İnstitutu (BİFİ) öz oxucularına Yığcam 
Nəşrlər Silsiləsi adlı çox qiymətli bir kolleksiya təqdim edir. 
Yığcam və sadə formatda nəşr edilən kitablarda orijinal ma-
teriallardan çox diqqətli şəkildə seçilmiş və redaktə edilmiş 
cümlələr əks olunur. Kitabların dili səlis və aydındır. Burada 
əsas məqsəd oxucularda mövzuya qarşı maraq oyatmaq və 
onları orijinalı tədqiq etməyə yönəltməkdir.
    Qloballaşan və gündən-günə daha da inkişaf edən bir dünyada 
yaşayırıq. Belə ki, yeni tendensiyalar, texnologiyalar və böhran 
sürətlə yayılmağa başlayır və bu proses sosial və siyasi mənzərə-
ni hər keçən gün daha da dəyişdirir. Dərin tarixi köklərə sahib 
idealları bir gecədə alt-üst etmək mümkündür. Qeyri-ənənəvi 
və qeyri-adi fikirlər yoxdan var olaraq çoxalır və dominantlaşır. 
Son bir neçə il ərzində Avropa və ABŞ-da populizmin, sağçıların, 
Breksitin, Avropa Birliyində meydana gələn çatların və Soyuq 
Müharibənin yenidən tüğyan etməsi ilə müşayiət olunan kiber 
müharibələrin şahidi oluruq. Məsələn, Çin getdikcə iqtisadi və 
siyasi gücə çevrilir, Ebola və Zika kimi viruslar yer üzünə yayılır, 
iqlim dəyişikliyi, sürücüsüz avtomobillər, süni intellekt, yalan xə-
bərlər, şübhə doğuran reallıqlar, göz bağlayıcı həqiqətlər, dün-
yanı məhvə sürükləyən “yüksək texnologiyalar” bəşəriyyəti öz 
ağuşuna alır. Bütün hadisələr eyni anda cərəyan edir. Buna görə 
də yalan bildiklərimiz doğru, doğru bildiklərimiz isə yalan çıxır.