RESOURCES

Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər

Author: Elvusal Mammadov

Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər

    Dəyərlər problemi həm fəlsəfə, həm sosiologiya, həm 
də psixologiyanın tədqiqat obyektinə daxildir. İctimai elm-
lərlə əlaqəli müzakirələrdə dəyər mövzusu xüsusi əhə-
miyyət daşıyır. Qızğın müzakirələrlə müşayiət edilməsinə 
baxmayaraq, hələ də dəyər məfhumunun konkret izahına 
təsadüf edilmir1  Bununla yanaşı, dəyərlərin tərifi, mənbə-
yi, nisbi, yaxud konstant olmağı, mühümlüyünə görə sıra-
lanması, kim tərəfindən və hansı yolla qorunub-saxlanma-
sı, fərdi və sosial müstəvidə oynadığı rol, öyrədilməsi və 
üsulları – bütün bu mövzular dəyərlər problemi ətrafında 
gedən elmi-akademik polemikalarda hərəkətverici amil 
kimi çıxış edir.