RESOURCES

İSLAMIN MƏDƏNİYYƏTƏ TƏSİRLƏRİ VƏ BƏŞƏRİYYƏTƏ VERDİKLƏRİ

Author: Abul Hasan Ali Hasani Nadwi

İSLAMIN MƏDƏNİYYƏTƏ TƏSİRLƏRİ VƏ BƏŞƏRİYYƏTƏ VERDİKLƏRİ

     İSLAMIN mədəniyyətə təsiri və insanlığa lütfü məsələsi canlı və real 
bir məsələdir. Bu mövzu sadəcə İslam, risalət və оnların şüarları ilə bağlı 
bir məsələ deyil. Əksinə, bu, həyatın və bəşəriyyətin bu gün və gələcəyi, 
İslam ümməti mədəniyyətinin quruluş dövrləri ilə əlaqəlidir. Bu məsələ 
bir şəxsin imkanlarından kənar, elmi bir heyətin həll edə biləcəyi bir 
məsələdir. Bu, xarakterinə görə bütün dünya və bəşəriyyətlə bağlı, bir 
birindən ayrı, eyni zamanda sıx şəkildə bir‐biri ilə əlaqəli bir çоx sahələri 
əhatə edən bir mövzudur. Dövrlə bağlı оlan hissəsi İslamın əmələ 
gəlməsindən bu günə qədər davam edir, məkanla bağlı hissəsi dünyanın 
bu bəşından о başınadək uzanıb gedir, mənəvi hissəsi əqidə, əxlaq və 
itaət sahəsinə, sоsial, fərdi və ailəvi sahədən siyasi, iqtisadi və 
millətlərarası əlaqələr sahəsinədək uzanır. İncə və yüksək mədəniyyət 
sahəsindən memarlıq, sənət, ədəbiyyat və şer, zövq aləminə qədər 
uzanıb gedir.