RESOURCES

Müasir İslam Fikrində İslahatçılıq (Cinayət Hüququ Əsasında) Sosial - metodoloji yanaşma

Author: Abdul Hamid AbuSulayman

Müasir İslam Fikrində İslahatçılıq (Cinayət Hüququ Əsasında) Sosial - metodoloji yanaşma

    Bu  tədqiqatın  əhəmiyyəti  bundadır  ki,  o,  dinin  bəzi 
sabit  prinsiplərinə  qeyri-ənənəvi  baxışı  əks  etdirir.  Di-
nin  sabit  prinsipləri  ictimai-mədəni  həyatın  əməli  və 
həqiqi əsası seçilmədikcə müsəlman mədəniyyəti və 
ümməti  inkişaf  edib  çiçəklənə  bilməz.
     Əgər  bu  məsələ  özü  ilə  dəyişikliklər  və  problemlər 
gətirən dünyamızda ümmətin intibahı, müsəlman 
mədəniyyətinin  dirçəldilməsi  və  yenidən  qurulmasının 
başlıca  şərtidirsə,  onda  dirçəltmə  və  dəyişdirmənin  aça-
rı  hesab  edilən  müsəlman  mütəfəkkirlər,  alim  və  ziyalı-
lar  “yatmamalı”,  sözügedən  sabit  prinsipləri  qavramada 
ümmətin  düşdüyü  böhranın  səbəbini  dərk  etməlidirlər.