RESOURCES

Məzhəb İxtilafları Haqqında Yeni Söz

Author: Muhammad al-Ghazali

Məzhəb İxtilafları Haqqında Yeni Söz

      Məlumdur ki, müasir dövrdə İslam dünyası bir çox problemin 
cənginə düşüb. Bu problemlərin ən təhlükəlisinin məzhəb təəssübkeşliyi 
olduğunu desək, düşünürük ki, yanılmarıq. Düzdür, fikir ayrılığı, 
plüralizm təbii şeylərdir və biz bunun əleyhinə də deyilik. Ancaq 
mövcud fikir ayrılıqlarının əməli çəkişmələrə, ixtilafa, müsəlmanların 
parçalanması amilinə çevrilməsi qəbuledilməzdir. Plüralizm və fərqli‐
fərqli fikirlərin meydana çıxması inkişafdan xəbər verir, donuqluq və 
təqlidin üstündən xətt çəkir.  
     İslam dünyasında fərqli‐fərqli məzhəblərin, cərəyanların möv‐
cudluğu, bir məsələ ətrafında müxtəlif fikirlərin yaranması, əslində 
müsəlmanlar arasında söz azadlığının bəhrəsi kimi nəzərdən keçiril‐
məlidir. Ancaq söz azadlığından, plüralizmə yaradılan şəraitdən qarşı 
tərəfi təhqir etmək, onunla çəkişmək üçün istifadə edildikdə vəziyyət 
dəyişir.