RESOURCES

İslam sivilizasiyasının tənəzzülü və yenidən qurulması: mədəni-tərbiyəvi əsaslar

Author: Abdul Hamid AbuSulayman

İslam sivilizasiyasının tənəzzülü və yenidən qurulması: mədəni-tərbiyəvi əsaslar

    Bu  kitab  birdən-birə  deyil,  kifayət  qədər  araşdırma  
və  təcrübənin  nəticəsində  meydana  çıxmışdır.  “Müsəl-
manın  düşüncə  böhranı”  kitabı  ilə  yanaşı,  bu  kitab  da  
islam  mədəni  islahatçılıq  layihəsinin  uğur  qazanması-
na,  ümmət  daxilində  lazımi  dəyişikliyin  baş  verməsinə  
mane  olmuş  səbəblərin  öyrənilməsinə  cəhdi  ifadə  edir.  
“Filosofların  tutarsızlığı”  və  “Din  elmlərinin  dirçəldil-
məsi”  kitablarında  Əbu  Hamid  əl-Qəzalinin  haqlı  hayqı-
rığından  doqquz  əsr  keçsə  də,  həmçinin  Kəvakibinin  
islamın  prinsipləri,  məqsəd  və  dəyərlərinin  aliliyi  barə-
sində  “Şəhərlərin  anası”,  xəstəliyin  səbəbləri  haqqında 
“İstibdadın  təbiəti”  kitabında  dediklərinin  üstündən  bir  
əsrdən  artıq  keçməsinə  baxmayaraq,  indiyədək  nə  bir  
arzu  həyata  keçib,  nə  də  zülm  aradan  qalxıb.