RESOURCES

İslam Metodologiyası

Author: Fathi Hasan Malkawi

İslam Metodologiyası

    Bütün bu mehvərlər və onlarda ifadə olunmuş problemlər 
göstərir ki, metodologiya məsələsi məfkurənin islamlaşdırılması 
layihəsinin əsasını təşkil edir. Mübahisəsiz demək mümkündür ki, 
metodoloji təfəkkür tələb olunan məqsədə çatmağın yolunu göstərməklə 
müvəffəqiyyətin açarı rolunu oynayır. Belə bir “açar” düşüncəsi yeni bir 
şey deyildir və o, tarix boyu insanlığı müşayiət etmişdir. Eləcə də bu 
məsələ yalnız bir mədəni mühit, maraq dairəsi və ixtisas istiqaməti üçün 
xarakterik olmamışdır. Bununla yanaşı, insanların çoxu öz yaxın və ya 
uzaq məqsədlərinə çatmada uğursuzluğa düçar olur. Çünki onlar 
məqsədlərin reallaşmasında metodların seçilməsinin əhəmiyyətinə fikir 
vermirlər. Bu fikir fərdlər, kollektiv və millətlər üçün də eynidir.