RESOURCES

İslam Mədəniyyətinin Xüsusiyyətləri: Mötədillik

Author: Islam Al-Bashir

İslam Mədəniyyətinin Xüsusiyyətləri: Mötədillik

    Vəqflər və Dini İşlər Nazirliyi islam cəmiyyətində elmin və mədəniyyətin vüsəti 
məqsədi ilə islam mədəniyyəti üzrə silsiləvi nəşrlərini davam etdirir. 
Professor İsam əl‐Bəşirin “İslam mədəniyyətinin xüsusiyyətləri: mötə‐
dillik” adlı kitabı bu silsilədə ilk addım hesab olunur.  
     Belə bir mövzunu oxucuya, məhz özü təqdim edən nazirlik 
vurğulayır ki, İslam mötədillik və ya orta yol dini olub məzluma arxa 
çıxır, zorakılıq, qətl, təəssübkeşlik və ekstremizmlə barışmır. Həmçinin, 
bu din nə ifrata varmağı nə də laqeydliyi dəstəkləyir. O, digər səmavi 
dinlərə ehtiramla yanaşır, heç kəsi öz mənsubu olmağa məcbur etmir və 
bildirir ki, digər səmavi dinlər kimi, o da zorakılığa, terrorizm və dinc 
insanların təhlükə altına salınmasına qarşıdır. 
    Bu səbəbdən sözügedən kitab “mötədil (orta) ümmət” şüarını 
başı üzərinə qaldıran, yer üzərində bu şüarın hakim olması üçün bütün 
fəaliyyət və imkanlarını səfərbər edən Vəqflər və Dini İşlər Nazirliyinin 
qarşısına qoyduğu strategiyanın təcəssümü hesab edilə bilər.