RESOURCES

İMAM ƏL-ŞATİBİNİN İslam hüququnda ali məqsədlər nəzəriyyəsi

Author: Muhammad Al-Tahir Ibn Ashour

İMAM ƏL-ŞATİBİNİN İslam hüququnda ali məqsədlər nəzəriyyəsi

   BİFİ-nin silsilə nəşrlərinə müvafiq kitabın əsas məğzinin qis-
mən yığcam formada və yenidən dərc edilməsi daxildir. Bu 
nəşrlər oxuculara müxtəsər şəkildə təqdim edilir. Yığcam və 
sadə formatda nəşr edilən kitablarda orijinal materiallardan 
çox diqqətli şəkildə seçilmiş və redaktə edilmiş cümlələr əks 
olunur. Kitabların dili səlis və aydındır. Burada əsas məqsəd 
oxucularda mövzuya qarşı maraq oyatmaq və orijinalı tədqiq 
etməyə yönəltməkdir.
   Dr. Əhməd Əl-Raysuninin “İmam Əl-Şatibinin (Şatibinin) İslam 
hüququnda ali məqsədlər nəzəriyyəsi” kitabı ilk dəfə ərəb di-
lində nəşr olunmuşdur. 2005 və 2011-ci illərdə isə ingilis dilində 
çap edilmişdir.
    İslam dininin ilk dövrlərinin sona çatması fonunda müsəlman 
alimlərində belə bir düşüncə formalaşmışdır ki, müsəlmanların 
gündəlik həyat və fəaliyyətləri ilə İslamın prinsipləri və doktri-
naları arasında fərqlər yaranmağa başlayır. Həmin alimlərin dü-
şüncəsinə görə, müsəlmanların Qurana olan bağlılığının yenidən 
gücləndirilməsi üçün ən münasib metod İslam dininin məqsəd-
lərinin yenidən diqqət mərkəzində saxlanılmasıdır. Həmçinin 
İslam hüququnun və ya şəriətin müddəalarının səbəblərinin 
müəyyən edilməsi də vacib bir məqam kimi irəli sürülmüşdür. 
Alimlərin qənaətinə görə, İslam hüququnda hər bir məsələ ye-
rinə yetirilməsi zəruri olan funksiyanı, həyata keçirilməli olan 
məqsədi, gizli və ya aşkar olan məramları ehtiva edir. Bütün 
bunlar da öz növbəsində müsəlmanların haqq yolundan sap-
malarının qarşısını alır. Təbii ki, bu məsələlər və ali məqsədlər 
müəyyən dövrləri əhatə edir, Quran və sünnətdə açıq şəkildə 
ifadə olunmuşdur. Digər mərhələləri isə zaman və məkan an-
layışları kontekstində əhatə edir. Bir sözlə, bu kimi məsələlər 
alimlərin Quran və sünnətə istinad etmələrini zəruri qılır. Hər 
bir mövzu və anlayış Quran və sünnətdən əldə edilən biliklər 
nəticəsində aydınlığa qovuşur.