RESOURCES

ALLAHI SEVİN! (Uşaqlar üçün kitab)

Author: Hurram Murad

ALLAHI SEVİN! (Uşaqlar üçün kitab)

   Peyğəmbərmizin və onun səhabələrinin həyatından götürülmüş bu 
cəlbedici, eyni zamanda ibrətamiz və dərin mənalı hekayələr birbaşa sənin 
qəlbinə və ağlına ünvanlanmışdır. Lakin unutma ki, bunları oxuyub sən 
özün nəticə çıxartmalısan, yeri-göyü yaradana münasibətini özün müstə-
qil şəkildə müəyyənləşdirməlisən. Kitab yalnız sənin xeyirxah məsləhətçin 
ola bilər; sən özün yəqin edəcəksən ki, Allah təalaya sonsuz inam və 
məhəbbət insan ömrünü necə də ucaldır və zənginləşdirir, onu necə də 
nəcib əməllərə sövq edir. Sən ona da əmin olacaqsan ki, yer üzündə Uca 
Allaha itaətdən böyük səadət yoxdur.