RESOURCES

Allah naminə qardaşlıq və sevgi

Author: Hosni Adham Jarrar

Allah naminə qardaşlıq və sevgi

   Həqiqətən, islam üstün tərbiyəvi prinsiplərə malikdir. Bu 
prinsiplər kiçiyindən, böyüyündən, qadın və ya kişi olmağından 
asılı olmayaraq hər bir müsəlmanın qəlbinə sabit tərbiyələndirici 
üslubda nüfuz edə bilir. Müsəlmanın şəxsiyyəti onlarsız formalaşa 
bilməz. Bu prinsiplərə əməl etmədikcə kamillik dərəcəsinə varmaq 
da mümkün olmayacaqdır. İslam özünün bu prinsiplərini fərdlər 
və toplumların qəlbinə nüfuz etdirməklə səmərəli əməkdaşlığa, sıx 
əlaqəyə, yüksək ədəbə və qarşılıqlı sevgiyə əsaslanan bir cəmiyyət 
qurmuşdur.  
   Belə prinsiplərdən biri də islamın ictimai quruluşunu 
formalaşdıran Allah naminə qardaşlıq və sevgi prinsipdir. Bu 
prinsip özündə elə sosial münasibətləri və əlaqələri ehtiva edir ki, 
onlar da öz növbəsində möminləri tək Allaha iman, eyni taleyə 
inam və yalnız bir yolla addımlama ilə xarakterizə olunan, qan və 
nəsil qohumluğundan ali münasibət və əlaqələr çərçivəsində 
birləşdirir.