RESOURCES

Həyat dərslərim

Author: Ahmad Totonji

Həyat dərslərim

     Mənə bu kitabçanı ərsəyə gətirməyi nəsib etdiyi üçün 
Pak və Uca Allaha lütfü və nemətinə görə həmd edirəm. 
Həmd və şükür həmişə Allaha aiddir!
     Həmçinin xoş və çətin günlərdə həmişə yanımda olan, 
mənə işlərimdə ilham verən ömür-gün yoldaşım Məysun 
Talibə öz dərin minnətdarlığımı bildirirəm.
     Doktor Əbdürrəhman Cüveylə də ayrıca təşəkkür et-
mək istəyirəm. Bu kitabçanın ideya müəllifi odur. “Altmış 
il Şərqlə Qərb arasında” adlı kitabımızı oxuduqdan sonra 
doktor Əbdürrəhman bizə hazırkı kitabçanı hazırlamağı-
mızı tövsiyə etmişdir.
     Doktor Bəddi İbnu Mürabitinin də adını xüsusi minnət-
darlıqla çəkirəm. Əlimizdə olan bu kitabça məhz onun re-
daktorluğu altında və yazdığı “Ön söz”lə oxucuya təqdim 
edilmişdir.
     Kitabçanı çapa qədər olan mərhələdə gözdən keçirib, öz 
tövsiyələrini əsirgəməyən doktor Raid Ükaşəni də minnət-
darlıqla yad edirəm.