RESOURCES

UŞAQLARIN TƏLİMİ Təhsilin inkişafında əxlaqi, mənəvi və dini yanaşmalar

Author: Ann El-Moslimany

UŞAQLARIN TƏLİMİ Təhsilin inkişafında əxlaqi, mənəvi və dini yanaşmalar

    Beynəlxalq İslam Fikri İnstitutu (BİFİ) öz oxucularına Yığcam 
Nəşrlər Silsiləsi adlı çox qiymətli bir kolleksiya təqdim edir. Yığ-
cam və sadə formatda nəşr edilən kitablarda orijinal material-
lardan çox diqqətli şəkildə seçilmiş və redaktə edilmiş cümlələr 
əks olunur. Kitabların dili səlis və aydındır. Burada əsas məqsəd 
oxucularda mövzuya qarşı maraq oyatmaq və onları orijinalı 
tədqiq etməyə yönəltməkdir.
    İllərlə müəllimlik sənəti ilə məşğul olan, bu sahədə sözünü demiş 
və öz islam məktəbini yaratmağa müvəffəq olmuş təcrübəli bir 
müəllim Ann Əl-Müslimani həm Şərqdə, həm də Qərbdə get-ge-
də yüksək hörmət qazanan qızıl səsli insanlardan təşkil olunmuş 
xora qatılaraq bir uşaqda bütün dini və mənəvi dəyərləri forma-
laşdıran təhsil fəlsəfəsinə diqqət çəkməyə çalışmışdır.
    Bu təşəbbüsün altında yatan fəlsəfi fikir isə belədir: hər uşaq ruhi, 
əxlaqi və intellektual bir məqsəd üçün dünyaya göz açır. Uşaqla-
rın həyatdakı amalları sadəcə imtahanlarda nailiyyət əldə etmək 
üçün elm, bilik axtarmaqdan ibarət deyil. Onların dünyaya gəlmə 
məqsədləri həm də ilahi olanı, öz təbiətlərini müəyyən etmək və 
sahib olduqları potensialı bəşəriyyətin lehinə çevirəcək şəkildə 
xeyirli və saleh işlərlə məşğul olmaqdır. Çünki sözügedən düşün-
cə bu cür öyrənmə üsulunu zənginləşdirmək üçün canlı təhsil 
sisteminin inkişafı və təkamülünə yol açan yeganə baxış tərzidir.