RESOURCES

PEYĞƏMBƏRİN HƏYATI

Author: Muhammad al-Ghazali

PEYĞƏMBƏRİN HƏYATI

   Həzrət Məhəmmədin həyatını öyrənmək bizim üçün hər za-
man aktual və mühümdür. Çünki öyrəndiyimiz həyat peyğəm-
bərimizin həyatıdır. Peyğəmbər isə etiqad etdiyimiz dinin – İs-
lamın özüdür, məhək daşıdır.
Hər hansı bir ideologiyanı, fəlsəfi ideya və cərəyanı, fikir 
məktəbini tədqiq edərkən banilərini və əsas nümayəndələrini 
də öyrənirik.
   Din də belədir; onu ikinci və ya üçüncü dərəcəli ədəbiy-
yatdan deyil, ana mənbədən – Peyğəmbərin öz dilindən, öz 
həyatından öyrənməliyik. Doğru yanaşma budur!
Allah Təala bəşəriyyəti zülmətdən: şirkdən, zəlalət və küfr-
dən xilas etmək üçün vaxtaşırı olaraq insanlara peyğəmbər-
lər, şəriətlər, əmr və qadağalar göndərmişdir. İnsanlar bu ilahi 
lütf sayəsində həyatın mahiyyəti və fəlsəfəsini başa düşmüş, 
həqiqət və xoşbəxtliyin mənbəyi və yerini müəyyənləşdirmiş-
lər. İnsan öz zəkası ilə kainatı yaradan qüvvənin aşkarlaya, 
onun Allah olduğunu müəyyən edə bilər, amma Ona yaxın-
laşmağın, ibadətin, qurtuluşun yollarını tapa bilməz. Bu səbəb-
dən bizə vəhy, yəni peyğəmbər lazımdır. Həzrət Məhəmmədin 
həyatını təhlillə, müqayisə və mühakimə ilə müşayiət olunan 
diqqətli mütaliəyə təhkim etsək, “Peyğəmbərlik nədir?” sua-
lına ən dolğun cavabı tapmış olacağıq. Çünki peyğəmbərlik 
institutu onun həyatında bütün tərəfləri ilə əks olunmuşdur.