RESOURCES

Tarazlığın yenidən təmin olunması Quranın üstünlüyü və Sünnətin statusu

Author: Taha Jabir Al-Alwani

Tarazlığın yenidən təmin olunması Quranın üstünlüyü və Sünnətin statusu

     BİFİ-nin silsilə nəşrlərinə müvafiq kitabın əsas məğzinin yığcam 
formada çap edilməsi daxildir. Bu nəşrlər oxuculara müxtəsər 
şəkildə təqdim edilir. Yığcam və sadə formatda nəşr edilən ki-
tablarda orijinal materiallardan çox diqqətli şəkildə seçilmiş və 
redaktə edilmiş cümlələr əks olunur. Kitabların dili səlis və ay-
dındır. Burada əsas məqsəd oxucularda mövzuya qarşı maraq 
oyatmaq və onları orijinalı tədqiq etməyə yönəltməkdir.
     “Tarazlığın yenidən təmin olunması: Quranın üstünlüyü və Sün-
nətin statusu” kitabında Sünnət1, Məhəmməd peyğəmbərin 
(s.ə.s) hədisləri və Quran arasındakı əlaqə şərh olunur. Burada 
elmi məlumatlar və mütəxəssis fikirləri də nəzərə alınır. Hədis 
alimlərinin sünnəti şərh etmə metodları da diqqət mərkəzində 
saxlanılır. İslam hüququ və fəlsəfəsində Sünnətlə bağlı yanaşma-
lar fərqli olmuşdur. Sünnəti nəql edənləri etibarlı və ya etibar-
sız kimi müxtəlif kateqoriyalara aid etmək məsələsi də müxtəlif 
hüquqi, dini və fəlsəfi prinsipləri özündə ehtiva edir. Bu prinsip-
lər də öz növbəsində insanların bəzi hədis rəvayətçilərini qəbul 
etməmələri, bəzilərini isə qəbul etmələri ilə nəticələnə bilər. 
Həmin prinsiplər çərçivəsində bəzi hədislər düzgün qəbul edilə, 
bəzi hədislər isə əks hədislər müstəvisində şərh edilərək rədd 
edilə bilər. Bu fikirlər hədislərin məzmunu ilə bağlı fikir yürüt-
mək üçün istifadə olunan meyarların nəzərə alınıb-alınmaması 
üçün də deyilə bilər.