RESOURCES

QURANİ-KƏRİMİN DİLİ: ecazkarlıq, yoxsa sadəcə istedad?

Author: Bassam Saeh

QURANİ-KƏRİMİN DİLİ: ecazkarlıq, yoxsa sadəcə istedad?

     Qurani-Kərim təkcə məzmunu deyil, həm də forma-
sı, maddi qabığı, ifadə imkanları baxımından möcüzədir. 
“Ecazkarlıq – möcüzəvilik əsasən surələrin, ayələrin dilin-
də öz əksini tapmışdır”, – desək, yanılmarıq.
     Suriyalı ərəbşünas, ərəb poeziyası mütəxəssisi, folklor-
şünas Bəssam Sainin (1941) müəllifi olduğu bu əsər müa-
sir dövrdə Quranın dil ecazkarlığı mövzusunda aparılmış 
qiymətli tədqiqatlardan hesab olunur. Tərcümə etdiyimiz 
kitab müəllifin iki hissədən ibarət doqquz yüz səhifəlik 
“Möcüzə: Qurani-Kərimin dil ecazkarlığının yenidən öy-
rənilməsi” kitabının müxtəsər variantıdır.