RESOURCES

Ali təhsildə təfəkkür islahatı İslamlaşmadan biliklərin inteqrasiyasına doğru

Author: Ziauddin Sardar, Jeremy Henzell-Thomas

Ali təhsildə təfəkkür islahatı İslamlaşmadan biliklərin inteqrasiyasına doğru

“Ali  təhsildə  təfəkkür  islahatı”  təhsilin  məqsədləri  də  daxil  
olmaqla bir çox əhəmiyyətli anlayışlar fonunda müşahidə 
olunan  paradiqma  dəyişikliklərinin  məcmusudur.  Bura  mövcud  
fənlərdə  islahatların  aparılması,  yeni  fənlərin  təqdim  edilməsi,  
müsəlman  cəmiyyətlərinin  etik,  mənəvi  dəyərləri,  eləcə  də  
şəxsiyyətin  formalaşması  üçün  vacib  olan  prinsiplər  çərçivə-
sində  müxtəlif  elm  sahələri  arasında  inteqrasiyanın  nəzərə  
alınması  aid  ola  bilər.  Müsəlman  cəmiyyətlərinin  ali  təhsil  sis-
temlərində  islahatlar  ziddiyyətli  məqamların  ortaya  çıxmasına  
şərait  yaradılmadan  həyata  keçirilir  və  müasir  dünyada  müşa-
hidə  olunan  müxtəlif  yanaşmalar  da  nəzərə  alınır.  İslahatların  
məqsədi  insanların  elmlə  bağlı  məhdud  baxış  və  görüşlərini  
müxtəlif  ölkələrə  aid  mövcud  reallıqlar  nəzərə  alınaraq  daha  
yaradıcı  yanaşmalarla  əvəz  etməkdir.  Bu  fəlsəfənin  təməlini  
tarazlığın  qorunması  və  effektiv  kommunikasiya  kimi  anlayışlar  
təşkil  edir.