RESOURCES

Namazı yenidən kəşf edin (“Namaz menecmenti” kitabından ixtisarla)

Author: Bassam Saeh

Namazı yenidən kəşf edin (“Namaz menecmenti” kitabından ixtisarla)

     Allahım, heç şübhəsiz, Sən bilirsən ki, mən bu sətirləri ancaq Sənin razılığın və axirətim üçün qələmə almışam. Bəli, məhdud və naqis bəşəri dillə Sənə üz tutmuşam. Adi insanlara xitab edən bəsit şəxs olaraq, Şanına layiq olmayan nöqsanlı söz və ifadələr işləmişəm bu yazımda. Və bu sözlər əzəmətin və böyüklüyünü ifadə etmir. Sözlərimlə atımı mahmızlasam da, büdrədim, Sənə aparan yolda büdrədim. Dilim topuq vurub yanılsa da, bircə Sən bilirsən ki, nəzərdə tutduğun haqqa yetişməkdir niyyətim! Amma biz insanlar hara, Sənin hikmətindəki məqsədləri, Əsrarəngiz Meracda beş vaxt namazın vacib edilməsinə dair ilahi əmr alan peyğəmbərinə vəhy etdiklərinin sirrini anlamaq hara! O peyğəmbərinə ki, namazın tükənməz xəzinəsini bütün incəlik və təfsilatı ilə bizə – yerdəki insanlara çatdırmışdır.

     Allahım, doğru yazdıqlarıma görə, əməlisaleh bəndələrində olduğu kimi, məni də mükafatlandır. Amma nədə ki yanılmışam, səhv fikirləşib, səhv qiymətləndirmişəm, səhv izah və ifadə etmişəm, Sən də bilirsən ki, ancaq Sənin göstərdiyin Doğru Yolla getmək istəmişəm, odur ki buna görə də məni savabla mükafatlandır. Çünki naqis dilimlə Əzəmətini ifadə etməkdə, qələmimlə Hikmətinin səmasına yetişməkdə aciz olduğumu əvvəlcədən etiraf edirəm. Sən əfv edənsən, bağışlayansan, kərəm sahibisən, mərhəmətlilərin mərhəmətlisisən!