RESOURCES

(II CİLD) Peyğəmbər dövründə qadın azadlığı (Qurani-Kərim ayələri, Buxari və Müslimin “Səhih”lərindəki hədislər əsasında)

Author: Abd Al-Halim Abu Shuqqah

(II CİLD) Peyğəmbər dövründə qadın azadlığı (Qurani-Kərim ayələri, Buxari və Müslimin “Səhih”lərindəki hədislər əsasında)

     XX əsrin gəlməsi ilə İslam irsinə dair bir sıra məsələlər aktuallıq kəsb edib müzakirə obyektinə çevrilmişdir. Qloballaşma və qlobal müstəvidə inteqrasiya diktə etmişdir ki, əvvəllər heç vaxt müzakirə olunmamış problemlər indi öyrənilsin. Belə məsələlərdən biri də islam nöqteyi-nəzərindən qadınların sosial-hüquqi statusu məsələsidir. Dolğun təsəvvürün yaranması üçün problemə ana mənbələr – Quran və Sünnə əsasında toxunmaq daha məqsədəuyğundur. Çünki Quran və Sünnənin mövqeyi islamın qadına baxışını bütün aydınlığı ilə üzə çıxaracaqdır.

     Müsəlman qadınının sosial fəaliyyəti problemindən danışarkən emosional və ekspressiv yanaşmalardan uzaq olmalıyıq. Obyektiv və elmi yanaşma tələb edir ki, tədqiqatçı qarşısına qoyduğu problemə təkcə reallıq və mövcud nəticə baxımından deyil, həm də tarixi-deduktiv metod nöqteyi-nəzərindən toxunsun, mövcud nəticə və reallığı doğurmuş səbəbləri diqqətlə təhlil etsin.