RESOURCES

Qeyri Müsəlmanlarla Qarşılıqlı Əlaqələr

Author: Salim Al-Bahnasawy

Qeyri Müsəlmanlarla Qarşılıqlı Əlaqələr

Dialoq bu əsrin səciyyəvi xüsusiyyətidir. Dialoqa çağırış o dərəcədə universallaşıb ki, elmlə məşğul olan bəzi şəxslər dialoqu təkcə vasitə deyil, həm də bir çox problemin həlli hesab edirlər. Hələ erkən əsrlərdən müsəlmanlar Şanlı Quranı bir kənara atıblar. Belə bir kənarlaşdırma çoxsaylı problemlərə aparıb çıxarmış, böhrana səbəb olmuşdur. Bu problemlərin başında ümmətin birliyinin pozulması gəlir.

Həllin islamda olduğunu bildirən çağırışlar çoxalmışdır: bəziləri islamın qanunvericilik tərəfini qabardır, şəriətin tətbiqinə çağırış edir; bəziləri etiqad məsələlərinə diqqəti çəkir, bəziləri də dində əxlaq mövzusuna üz tutur; elələri də vardır ki, islamın siyasi tərəfinin dirçəldilməsini, prinsipi ilə maraqlanmanı daha əhəmiyyətli qəbul edilir.