RESOURCES

Qurana münasibətimiz necə olmalıdır?

Author: Muhammad al-Ghazali

Qurana münasibətimiz necə olmalıdır?

          Quran əbəs yerə təriflənən, alqış tutulub təqdir edilən ki-tab deyildir. Məzmun və forma baxımından fövqəladəliyi, ehtiva etdiyi nəzəri və əməli prinsiplərin, sosial-siyasi qanunauyğunluq-lar və əxlaq dəyərlərinin həmişəyaşarlığı, problemlərə yanaşma metodikasının kompleksliyi, ən əsası isə İlahi Kəlam olmağı və endirildiyi gündən bu yana zamanın təshihinə, bəşərin təhrifinə meydan oxumağı Qurana ölməzlik qazandırıb. Bütün bu nəzəri tərəfləri ilə yanaşı, Quran tarixən də praktikliyini göstərmiş, özü-nü doğrultmuşdur. Onun təlimlərinə sarılan erkən dövr müsəl-manları yaşadıqları coğrafiyanın sosial-siyasi və mədəni mənzə-rəsini çox qısa zaman kəsiyində (təxminən 25 il) dəyişdirməyi ba-carmışdılar. Əslində biz bu uğurun sirrini Quranda öz əksini tap-mış bir sosial qanunauyğunluqda axtarmalıyıq. Bu, “öz”ün dəyiş-dirilməsi ilə ətraf aləmin dəyişdirilməsi qaydasıdır. Çünki intiba-hın baş verməsi ictimai-siyasi və etik-mədəni fəaliyyətin davamlı-lığı fonunda mümkündür. Emosional çılğınlıq, ekspressiv oyanış bu və ya digər dəyişikliklərə səbəb olsa da, heç vaxt köklü, inqilabi təbəddülat yaratmır. Belə bir təbəddülat əlverişli daxili mühitin formalaşmağından, özü də şüurlu və məqsədyönlü surətdə for-malaşmağından asılıdır. Bəli, Quran Cahiliyyət dövrünün barbar zehniyyətinin təshihini aparmaqla onun elmi-mədəni, əxlaqi və siyasi cəhətdən təkamülünü təmin etdi. Bununla da dünənin geri-dəqalmış, savadsız ərəbləri Orta əsrlərin elm və mədəniyyət pio-nerlərinə çevrildilər. Tarix sübut etdi ki, Quran adi nəzəri kitab deyildir, əksinə, xalqları hərəkətə keçirən, zamanın gedişini, ha-disələrin məcrasını dəyişən sosial-mədəni və siyasi dəyişikləri tə-min edən, əxlaq dəyərlərinin aşınmasını əngəlləyən praktik təli-matların məcmuyudur.