RESOURCES

Quranda evlilik münaqişələrinin həlli

Author: Abdul Hamid AbuSulayman

Quranda evlilik münaqişələrinin həlli

Ailə insan həyatının əsasıdır. Həyatın strukturunu əmələ gətirən də, ondakı proseslərə istiqamət verən də ailə qurumudur. Cəmiyyətin funksionallığı, bazis və üstqurumunun inkişafı, üzvləri arasında münasibətlərin yaxşılaşması məhz ailə təsisatından asılıdır.

Ana ailənin əsasında duran fiqurdur. Ailəyə canlılıq qazandıran ana ailə üzvlərini bir yerə cəm edən qüvvədir; onlar həyatın “əti və ruhu”nu anaların əlindən qəbul edərlər.

Həqarətlə, alçaltma ilə, əxlaqsızlıq və abırsızlıqla analıq dəyəri yox olarsa, həyatın mənası qalmaz, ləzzəti hiss olunmaz, istiliyi və salamatlığı əldən çıxar.

İslam dini analıq hissinin, ailə qurumunun əhəmiyyətini yüksək qiymətləndirmiş, hüquqlarını müəyyən etmiş və qorumuşdur. Bu dinə görə, ailədaxili münasibətlər sevgi və şəfqətə, xeyirxahlıq və ülviyyətə əsaslanmalıdır.

Bu tədqiqat qadının şərəf-izzəti ilə əlaqəli ailə problemlərindən biri haqqındadır. Qadının şərəf-izzəti insanlığın şərəf-izzətidir. Şəriətin məqsədləri həyata keçsin deyə, dəyişən dünyamızda ailələr möhkəmlənsin deyə, gələcək nəsillər müsəlmana layiq güc-qüvvətdən, əmin-amanlıq və şərəf-izzətdən nəsiblərini alsın deyə, dövrün problemlərinə sinə gərməklə islam missiyası tamamlansın deyə çalışmaq lazımdır.

Uğur Allahdandır və O, doğru yolu göstərəndir!