RESOURCES

QURUB-YARADANLAR ADASI Yaradıcı təfəkkürə dair hekayələr (uşaqlar və böyüklər üçün)

Author: Abdul Hamid AbuSulayman

QURUB-YARADANLAR ADASI Yaradıcı təfəkkürə dair hekayələr (uşaqlar və böyüklər üçün)

          Əziz oxucu! Yəqin ki, sən müdrik Bəydəbanın dilindən nəql edilən hikmətlərlə dolu hekayələrin toplandığı “Kəlilə və Dimnə” kitabı ilə tanışsan, ya da ki onun haqqında eşitmişsən. Uşaqlar bu kitabdakı hekayələri oxumaqdan həzz alır, onlardan hissləri və vicdanlarına təsir edən ibrət və dərslər çıxarırlar. “Kəlilə və Dimnə”, həm də gəncləri və böyükləri öyrədən, hikmət xəzinəsi ilə tanış edən kitabdır.

         Əziz oxucu, biz bu kitabçada sənə müdrik Bəydəbanın hekayələri nəql üslubunda hekayə təqdim edirik. Bu, “Qurub-yaradanlar adası” hekayəsidir.

Müdrik Bəydəba deyir: “Keçmiş zamanlarda, köhnə əyyamlarda Hind və Çin diyarlarının arxasında, uzaq üfüqün göründüyü ərazidə, geniş dəryada, qırmızı şəfəqin o  başında, Ayın çıxdığı yerdə böyük bir ada vardı. Səması nəm buludlarla örtülü olardı. Uca və gözəl dağlarının arasında ağac və bitkiləri bol yaşıl vadi yerləşirdi. Son dərəcə gözəl və mənzərəli yer idi. Orada dən və göyərti bitir, ağaclarında hər növ dadı və rəngi olan meyvələr yetişirdi. Dinc heyvanlar burada səfalı ömür sürürdülər. Amma, əziz oxucu, bu xoş vəziyyət uzun sürmədi. Dinc və mülayim heyvanların vəziyyəti pisləşdi, vadi küləklərin qoynuna alıb apardığı heçə çevrildi, meyvələr saralıb soldu,  otlar, yaşıllıqlar qocaldı, saralaraq məhv oldu. Şirin meyvələr də tökülərək tələf oldu. Vadinin bulaqları və çaylarından su içəcək kimsə qalmamışdı. Onlardakı şirin su hədər yerə duzlu dənizə tökülürdü.