RESOURCES

ŞƏRİƏTDƏ VƏ HALAL QİDA İSTEHSALINDA HALAL VƏ HARAMI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Author: Mohammad Hashim Kamali

ŞƏRİƏTDƏ VƏ HALAL QİDA İSTEHSALINDA HALAL VƏ HARAMI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

      Beynəlxalq İslam Fikri İnstitutu (BİFİ) və Beynəlxalq Ali İslam Elmləri İnstitutu (BAİEİ) Malayziya İslam hüququ sahəsində məşhur alim və mütəxəssis, professor  Məhəmməd Həşim Kamalinin müəllifi olduğu “Şəriət və halal qida istehsalında halal və haramı şərtləndirən amillər” adlı növbəti əsəri təqdim edir. Kamali şəriətlə bağlı çoxsaylı əsərlərin müəllifidir. Onun “İslam hüququnun prinsipləri”, “Şəriət hüququ: giriş”, “Hədis elmləri” və başqa əsərləri müxtəlif universitetlərdə dərs vəsaiti kimi istifadə olunur.

      Halal və haram mövzusu ət istehsalı, qida təhlükəsizliyi, təmizliyi və heyvanlara olan münasibəti də ehtiva edir. Ancaq halal qida sənayesi ət və ət məhsulları ilə məhdudlaşmır. Buna görə də ərzaq istehsalında bazar reallıqları nəzərə alınır və tələb-təklif kontekstində İslam prinsiplərini əsas götürmək və dərk etmək vacibdir. Məsələn, qida qatqı maddələri istehlakçılar arasında çox vaxt çaşqınlıq yaradır.  Bank faizləri ribadan (faiz) yayınan və etik çərçivədə investisiya qoymaq istəyən şəxslər üçün də maneələr yaradır. Halal mövzusu hər məzhəbdə fərqli şərh olunur. Hətta müxtəlif region və mədəniyyətlər nəzərə alındıqda da eyni mənzərə ortaya çıxır. Daha aydın məlumat üçün Qurani-Kərimə istinad edilir.