RESOURCES

MÜSƏLMAN ƏXLAQI

Author: Muhammad al-Ghazali

MÜSƏLMAN ƏXLAQI

    Qloballaşma zəminində meydana çıxmış inteqrasiya prosesləri 
o xalqlara, o toplumlara təsir göstərir ki, onların ideoloji müda-
fiə mexanizmi zəifdir. Təbii ki, söhbət texnoloji inteqrasiyadan 
getmir. Biz burada ideoloji-mədəni inteqrasiya formasından da-
nışırıq. Yad dəyərlər və mədəniyyət modellərinin asanlıqla ixrac 
olunmasında hər nə qədər qloballaşmanın adı hallansa da, onların 
“ayaq tutub yeriməsi”ni başqa bir amillə əlaqələndirmək lazımdır. 
Bu, yuxarıda dediyimiz kimi, ideoloji müdafiə mexanizminin və 
ya “immunitet”in zəifliyi, ya da ümumiyyətlə mövcud olmama-
ğıdır. Bəli, qloballaşma, onu müşayiət edən mədəni inteqrasiya və 
populyar mədəniyyət əxlaqi dəyərləri laxlatmış, özü də bərk lax- 
latmışdır. Müşahidələr göstərir ki, pozitiv (insan ağlının müəyyən 
etdiyi) əxlaq sistemlərinin (belə sistemlərin yaranması o qədər də 
uzağa gedib çıxmır.