RESOURCES

MÜKAFATI BAĞIŞLANMA VƏ CƏNNƏT OLAN 100 ƏMƏL (100 hədis əsasında)

Author: Ibn Al-Dayba Al-Shaibani

MÜKAFATI BAĞIŞLANMA VƏ CƏNNƏT OLAN 100 ƏMƏL (100 hədis əsasında)

    Dünya sevgisinin meydan suladığı, dəyərlərin unudu-lub mənəviyyatın aşındığı bir dövrdə yaşayırıq. İnsan oğ-lu həm şəxsi, həm də ümumi münasibətlərdə mənfəət-pərəstlik və xudbinliyin diktəsi altında humanistliyini iti-rir. İnsani hisslər, ülvi dəyərlər və iman yavaş-yavaş ikinci plana keçir. Maddiyyat günəşinin yaxıb-yandırdığı dün-yamızda qarşımızda göz işlədikcə səhralaşmış, quru və ölü çöllər uzanır. Belə çöllərin səyyahı olmaq mənzilbaşı-na çatmadan ölmək deməkdir. Yalnız lazımi şəkildə təda-rükünü görüb yükünü bağlayanlar səhra günəşinin öldü-rücü istisindən, yandırıcı şüalarından xilas ola bilərlər. Mənəvi “yaşıllığın” olmadığı çöllərdə “canlı” ölülərə rast gəlmək adi hala çevrilib. Mənəviyyatı və insanlığını itir-miş, ruhu fəryad çəkə-çəkə ölümə sarı gedən “canlı” ölü-lər! Ölümün qaşqabaqlı üzü onları gözləyir. Mənəviyyat-sızlaşanlara ölüm gözəl görünməz. İmanı və insanlığını qoruyub saxlayanlara gəlincə, əcəl onları gözəl qiyafədə qarşılayar, üzlərinə gülümsəyər.

    Mənfəətpərəstlik, xudbinlik, fərdiyyətçilik, mənəviy-yatsızlıq, günahkarlıq, asilik – bütün bu mənfi halların baş alıb getdiyi bir dövrdə insanlar mənəvi “qidalandırı-cı”ya möhtacdırlar. İmanını möhkəmlətmək, ibadətləri-nin sayını artırmaq, Allaha xoş gedən, Onun razılığını qa-zandıran əməllər işləmək, bununla da Səmanın əfvinə nail olmaq maddiyyat səhrasında ölməmək üçün hər bir müsəlmana vacibdir. Müsəlman mənəvi “qidalandırıcı” axtarışına çıxmalı, fasiləsiz dua edən, günahlarından peş-man olub bağışlanma diləyən qəlbə, səmimi imana sahib olmalı, davamlı ibadət etməlidir. Bir sözlə, vəziyyətindən agah olmaqla günahlarının fərqinə varıb, Səmaya imdad əlini açsın deyə adəm oğlunun bir xatırladıcıya ehtiyacı vardır. Düşünürük ki, İmam Şeybaninin qələmə aldığı bu kitabça sözügedən xatırladıcı rolunu oynaya bilər. Vəzn-də yüngül, qiymətdə ağır basan bu kitabça maddiyyat şüalarının qovurduğu səhraların səyyahına mənzilbaşına çatmağa kömək edəcək azuqədir, öldürücü istidən qo-runmaq üçün daldalandığı iman vahəsidir.

    Ümidvarıq ki, təqdim etdiyimiz bu kitabça oxucunun təqdirini qazanacaqdır. Kitabçanı oxuyanlardan ricamız budur ki, dualarında müəllifi və tərcüməçini unutmasınlar.