RESOURCES

Tövhid, tərbiyə və mədəniyyət. Quranın əsas dəyər və məqsədlərinin üzə çıxarılmasına cəhd

Author: Taha Jabir Al-Alwani

Tövhid, tərbiyə və mədəniyyət. Quranın əsas dəyər və məqsədlərinin üzə çıxarılmasına cəhd

    Tövhid dinin əsasıdır. Elə bir etiqad və şəriət tapşırığı (öhdəliyi) yoxdur ki,  tövhiddən irəli gəlməsin, ona söykənməsin.

    Tövhid Quran sistemində piramidanın baş hissəsidir; bu sistemin digər elementləri ondan şaxələnir, əsas korpusu onun əsasında qurulur. Sistem daxilində belə bir mövqe tutan tövhid Qurani-Kərimin saf formada təqdim etdiyi, qaralama və düzəlişlərdən, pozulmadan uzaq tövhiddir. Ona bir qaralama, yaxud düzəliş sirayət edərsə, qarışıq əlavə olunarsa, saflığını itirər, aktivliyi ətalətlə əvəzlənər, təsiri zəifləyər, parıltısı sönər, cilvəsi keçər.