RESOURCES

İSLAMA YENİ BAXIŞ

Author: Muhammad Sharif Ahmad

İSLAMA YENİ BAXIŞ

    Kitabda hәdislәrin “şәriәtqoyan” vә “şәriәtqoymayan” 
kateqoriyalara әsasәn tәsnifi, Mәzmun fiqhinin Forma fiqhinin 
tәsirindәn çıxarılması zәrurәti, islamda dövlәt anlayışının pozi-
tiv-dini formatda nәzәrdәn keçirilmәsi, kontekstlәri daxilindә 
“hökm” ayәlәrinin obyektiv şәrhinә cәhd, “hikmәt” institutu-
nun dini-siyasi vә elmi-mәdәni problemlәrin hәlli yollarından 
biri kimi göstәrilmәsi vә digәr mövzular işlәnmişdir.  
    Müәllifin problemә yanaşma üslubu özünәmәxsus vә ye-
ni olsa da, yanılmalardan xali deyildir. Onun bәzi fikirlәri şüb-
hә doğurur, sәthi yanaşmanı әks etdirir. Odur ki, biz yeri gәl-
dikcә müәllifin bu kimi fikirlәrinә müdaxilә etmişik, şәxsi möv-

qeyimizi alt haşiyәlәrdә bildirmişik. Düşünürük ki, belә bir mü-
daxilә oxucuda yarana bilәcәk şübhәlәrin qarşısını alacaq, möv-
zuya aydınlıq gәtirәcәkdir. 
     Әziz oxucu! Bu kitabı mütaliә etmәklә sәn Sünnәyә, siya-
sәtә, fiqhә, mәdәniyyәtә münasibәtdә müsәlman zehniyyәtinin 
problemlәri ilә tanış olacaq, maraqlı vә faydalı mәlumatlar әldә 
edәcәksәn. Sәnә aydın olacaq ki, doğrudan da, vәziyyәtimiz 
acınacaqlıdır, problemlәrimiz dә ciddidir. Ancaq unutma ki, 
problemә düzgün diaqnoz qoymaq onun hәllini asanlaşdıran 
әsas amildir. Kitabı oxu ki, problemlәrlә tanış olasan, diaqnozu 
da düzgün qoyasan, – Bu ki sәnin öz әlindәdir.