RESOURCES

İSLAM VƏ MÜASIR DÖVRÜN   QLOBAL HADISƏLƏRI

Author: Ramiz Mursalov

İSLAM VƏ MÜASIR DÖVRÜN   QLOBAL HADISƏLƏRI

     Oxuculara təqdim olunan tədqiqatdan məqsəd konkret 
olaraq qlobal təbii fəlakətlərin və sosial sarsıntı doğuran 
hadisələrin arasında əlaqəni və insanın təbiətin dinc axarına 
müdaxiləsi ilə əlaqəsini izləməkdir. 
      Tədqiqatda həmçinin, elmi‐texniki tərəqqinin qloballaşma 
prosesi ilə əlaqəsi, qloballaşma dövründə təbiət və cəmiyyət 
hadisələrinin də qlobal xarakter olması və ənənəni islam 
tərəfdarlarının təbiət elmləri sahəsində müasir elmi 
tədqiqatlara münasibəti haqda Azərbaycan oxucusu üçün 
müəyyən dərəcədə yeni olan məlumatlar verilmişdir. 
     Müəllif sübut etməyə çalışmışdır ki, elmi‐texniki 
tərəqqinin nəticələrinin təbiətdə və cəmiyyətdə baş verən 
fəlakətlərlə əlaqəsi problemi və ümumiyyətlə, qloballaşma 
mövzusu müsəlman ölkələri üçün nisbətən yeni bir mövzudur.