RESOURCES

İSLAM METODOLOGİYASININ  XÜSUSİYYƏTLƏRİ 

Author: Muhammad Amara

İSLAM METODOLOGİYASININ  XÜSUSİYYƏTLƏRİ 

    Qeyd edәk ki, bu kitab islam metodologiyasının bәzi xü-
susiyyәtlәrini izah etmәdә rasional vә elmi-mәdәni mәzmun ro-
lunu oynamaqla yanaşı, hazırlanması vә yazılış üslubu ilә ha-
zırda müxtәlif elm sahәlәrindә fәrqliliklәrin müşahidә edildiyi, 
genişmiqyaslı tәdqiqata ehtiyac duyulduğu, “elmi intibah” 
dövrünün başlandığı bir vaxtda fәrqli vә geniş mәzmunlu tәd-
qiqat vә araşdırma fәaliyyәtinin dirçәldilmәsinә zәmin yarada-
caqdır. 
    Xoşbәxtlikdәn, Әzhәri-Şәrif Beynәlxalq İslam Fikri İnsti-
tutu ilә birlikdә bu qiymәtli kitabın әrsәyә gәlmәsi işindә yaxın-
dan iştirak edib, kitabın müştәrәk şәkildә nәşr edilmәsi mәsә-
lәsindә razılığa gәlib. Artıq Allahın inayәti ilә elmi tәdqiqatlar 
vә araşdırmalar sahәsindә bәhrәsini görә bilәcәyimiz yeni bir 
metod başlanıb. Beynәlxalq İslam Fikri İnstitutu kitabın ikinci 
nәşrini sözügedәn problemlә maraqlanan oxucuların istifadә-
sinә tәqdim etmәkdәn dolayı mәmnundur.