RESOURCES

İslam iqtisadiyyatı nəzəriyyəsi (I-II) (Tövhid və qardaşlıq iqtisadiyyatı: fəlsəfə, müasir kontekstdə məfhumlar və təkliflər)

Author: Abdul Hamid AbuSulayman

İslam iqtisadiyyatı nəzəriyyəsi (I-II) (Tövhid və qardaşlıq iqtisadiyyatı: fəlsəfə, müasir kontekstdə məfhumlar və təkliflər)

   Bu məqalə 1960-cı ildə Qahirədə nəşr olunmuş “İslam iqtisadiyyatı nəzəriyyəsi: fəlsəfə və müasir vasitələr” adlı kitabın xülasəsindən ibarətdir. Həm kitabda, həm də məqalədə islam nöqteyi-nəzərinin müsəlman cəmiyyətinin iqtisadi münasibətlərini necə tənzimləməsi mövzusuna toxunulmuşdur. Bu məqsədlə məqalədə islamın iki başlıca mənbəyinə: Quran və hədislərə müraciət edilmişdir.

   Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yaşadığı dövrün sosial-iqtisadi mənzərəsinə nəzər saldıqda görürük ki, o, islam nöqteyi-nəzəri və dünyagörüşünü yürütdüyü iqtisadi kurslarla həyata keçirə bilmişdi. Bu iqtisadi kurslar islam nöqteyi-nəzərini və bu dinin məqsədlərini izah edirdi. Əgər həmin nöqteyi-nəzər və məqsədlər doğru şəkildə öyrənilərsə, onları müasir iqtisadi həyata tətbiq etmək mümkün olacaqdır.