RESOURCES

İŞARƏLƏRİN DƏRK OLUNMASI: QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN TƏFƏKKÜR

Author: Mohammad Hashim Kamali

İŞARƏLƏRİN DƏRK OLUNMASI: QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN TƏFƏKKÜR

      Təqdim olunan materialda düşünmə, məntiq və tənqidi təfəkkür ilə bağlı məsələlər Quran müstəvisində təqdim olunur. Kitab ilahi işarələr olan ayələrin müzakirəsi və Quran nöqteyi-nəzərindən təfəkkürün formalaşmasında bu işarələrin funksiyasının müzakirəsi ilə başlayır. Bu, kitabın bütün hissələrində əks olunan əsas mövzudur və bəhs edilən digər mövzulara Quranda bilik mənbələrinin müəyyən edilməsi, məntiqli düşüncəyə mane olan faktorlar, elmi fəaliyyətin qızıl dövrü və sona çatması kimi mövzular daxildir.  Kiçik bir hissə ictihad və ictihadın düşüncə ilə bağlı təhlilllərin aparılmasındakı yeri haqqındadır. Burada eyni zamanda İslam və Qərb rasionalizmi ilə bağlı fəlsəfi yanaşmaların müqayisəsi də təqdim edilir.