RESOURCES

İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında)

Author: Muhammad Umer Chapra

İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında)

    Əziz oxucu! Təqdim olunan bu kitab müasir iqtisadi, sosial və fəlsəfi təlimlərin əsas tədqiqat obyekti olan inkişaf anlayışından bəxş edir. Kitabda həqiqi inkişafın mahiyyəti, şərtləri və meyarları haqda danışılır. Müəllif göstərməyə çalışır ki, inkişafa birtərəfli, deməli, naqis yanaşmanın olduğu bir vaxtda islamın təqdim etdiyi inkişaf modeli bu boşluğu doldura bilər. Çünki islamda inkişaf dedikdə həm maddi, həm də mənəvi-əxlaqi tərəqqi başa düşülür. Müəllifə görə, şəriətin altı məqsədindən irəli gələn vəzifələri dövlət səviyyəsində planlı şəkildə icra etmək cəmiyyətin həqiqi və davamlı inkişafını təmin edəcəkdir. İnkişafın baş verməsində əhəmiyyətli rola sahib bəzi amillərə (ədalət, azadlıq, ailədə və cəmiyyətdə həmrəylik, mənəvi-dini dəyərlər, dini dünyagörüşü... və s.) toxunan müəllif həqiqi rifahın mahiyyəti və təminini “məqasid” konsepsiyası əsasında qənaətbəxş formada izah edə bilmişdir.

     Düşünürük ki, “İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında)” kitabı əziz oxucuların islam haqda təsəvvürlərini genişləndirəcək, bu dinin sosial tərəfini əyani şəkildə onların diqqətinə çatdıracaqdır.