RESOURCES

İki “oxu”nun: vəhyin kainatla vəhdəti

Author: Taha Cabir əl-Ülvani

İki “oxu”nun: vəhyin kainatla vəhdəti

Uca Allah vəhy başlandıqda peyğəmbərinə (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) iki dəfə oxumağı əmr etmişdi. İlk nazil olmuş ayələrdə iki yerdə “oxu!” əmri mövcuddur:

“(Ya Peyğəmbər!) yoxdan yaradan rəbbinin adı ilə  oxu!

O, insanı laxtalanmış qandan yaratdı.

(Ya Peyğəmbər!) Oxu! Sənin rəbbin ən böyük kərəm sahibidir!

 O rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

(O rəbbin ki) insana bilmədiklərini öyrətdi” (əl-Ələq, 1-5).