RESOURCES

FİTVA VERMƏDƏ MÖTƏDİLLİK MEYARLARI 

Author: Abdallah bin Mahfudh ibn Bayyah

FİTVA VERMƏDƏ MÖTƏDİLLİK MEYARLARI 

           Allaha hәmd olsun! Onun xeyir-duası vә salamı peyğәm-
bәrimiz Mәhәmmәdin, ailәsinin vә sәhabәlәrinin üzәrinә olsun!  
Mötәdillik dәyişmәz hökmlәr vә dәyişәn şәrait, hәrәkәt vә 
sükunәt arasında orta mövqedir. Mötәdillik öhdәliklәrin әzmlә ye-
rinә yetirilmәsi, amma yeri gәlәndә, hәm dә onların yumşaldıl-
masıdır. 
          Mәhz mötәdillik sabit hökmlәri dәyişәn prioritetlәrlә uyğun-
laşdırmağa qadirdir. Mәhz mötәdillik ayrı-ayrı şәxslәrin vә top-
lumların maraqlarının nәzәrә alınmasıdır. Mötәdillik hәr hansı bir 
zamana müvafiq verilәn hökmlәrin heç dә әbәdi vә qәti olmadığını 
qәbul edir.  
          Mötәdillik bәnzәrliklәr vә fәrqlәr arasında sәdd qoyur. 
Mötәdillik ehtiyacların vә mәnafelәrin, ümumi problemlәrin, 
hәm bәlaların, hәm dә uğurların nәzәrә alınaraq fәaliyyәt göstә-
rilmәsi, yeri gәlәndә isә ehtiyat nümayiş etdirilmәsidir.