RESOURCES

Azərbaycanda din ən qədim dövrdən bu günədək

Author: Hidayat Orucov

Azərbaycanda din ən qədim dövrdən bu günədək

Oxuculara təqdim olunan bu əsərdə Azərbaycanda dövlət-din 
münasibətləri tarixi, müxtəlif dinlərin yayılması və onların müasir 
vəziyyəti, 2500 ildən artıq bir dövr ərzində ölkə ərazisində mövcud 
olmuş dövlətlərin din siyasəti, XIX əsrin I yarısında Azərbaycanın iki 
yerə bölüşdürülməsi və Rusiya imperiyası tərəfindən işğal olunmuş 
Şimali Azərbaycanda 1824-cü ildən (1918-1920-ci illəri çıxmaq şər-
ti ilə - H.O.) 1991-ci ilədək yürüdülən fəlakətli dini siyasət öz əksini 
tapmışdır.
      Kitabın böyük bir hissəsi Azərbaycan Respublikası dövlətinin yü-
rütdüyü din siyasəti problemlərinin işıqlandırılmasına həsr edilmişdir.
       Əsər yazılarkən, çoxsaylı mənbə və elmi ədəbiyyatdan istifadə 
olunmuş, həm Azərbaycan Respublikasında, həm də xarici ölkələrdə 
nəşr olunmuş elmi ədəbiyyat nəzərdən keçirilmişdir. Əsərlə tanış ol-
maq istəyən hər şəxsin ən qədim zamanlardan bu günədək Azərbay-
can və din münasibətləri tarixinə dair obyektiv elmi məlumat almaq 
imkanı yaranacaqdır.