RESOURCES

Dialoq mədəniyyəti və metodologiyasi

Author: Muhammad Khalifa Hassan

Dialoq mədəniyyəti və metodologiyasi

    Alәmlәrin rәbbi olan Allaha hәmd olsun! Böyüyümüz Hәzrәti  Mәhәmmәdә, ailәsinә vә cәmi sәhabәlәrә xeyir-dua vә salam yetiş- sin! 

    Bu kitabı yazmaqda mәqsәd müsәlmanların hәyatında dialoqun әhәmiyyәtinә, islam dini vә mәdәniyyәti baxımından onun әvәz- siz mәqamına aydınlıq gәtirmәkdir.  

    İndiki dövrdә islam fәaliyyәtinin әksәr mәqsәdlәrinin reallaşması üçün dialoqdan yararlanma halları әhәmiyyәtli dәrәcәdә artıb.  Dialoq dinlәrini başa düşüb ona dәvәt etmәdә, düşüncә irsini formalaşdırıb elmi nailiyyәtlәrә imza atmada müsәlmanların alәtinә çev- rilib. Dialoq tәlim-tәhsildә bәzi islam elmlәrinin tәdrisi vasitәsi, bilik  vә informasiyanın toplanması metodu kimi çıxış edir. Vә nәhayәt  dialoq müsәlmanların başqaları ilә ünsiyyәt vasitәsi olub qeyri-müsәlmanlarla dini münasibәtlәrin әsası, tarix boyu islam sivilizasiyası  ilә digәr sivilizasiyaların tәmasında mühüm göstәrici sayılır. 

Müsәlmanlara görә dialoqun әn mühüm ünsürlәrinә islamın  vә islam mәdәniyyәtinin cahanşümulluğu (universallığı), Allahın, dinin vә bәşәriyyәtin birliyi daxildir. Qeyri-müsәlmanlarla dialoq belә  dәyişmәz ünsürlәrlә sәciyyәlәnsә dә, dini-mәdәni müxtәlifliyin, plü- ralizmin mövcudluğunu heç vaxt inkar etmәyib. Hәmçinin, sözüge- dәn  sabit  ünsürlәrin  әsasında  dialoqun  mәqsәdlәri  dә  müәyyәn  edilib. Bu mәqsәdlәrә daxildir: 

a. Qarşılıqlı ünsiyyәti tәmin etmәk 

b. Müxtәlif din vә mәdәniyyәtlәrin nümayәndәlәrinin bir-bir-
lәri ilә ortaq dil tapmalarına kömәklik göstәrmәk 

v. Bәşәriyyәtin birgә yaşayışını tәmin etmәk 

q. Sivilizasiyaların toqquşması vә mübarizәsi qәbilindәn olan 

nәzәriyyәlәrә qarşı vahid cәbhәdәn çıxış etmәk 

ğ. Dini mötәdilliyә şәrait yaratmaq 

d. Dinlәr vә mәzhәblәrarası yaxınlaşma prosesinә can atmaq 

e. Dinlәr haqda tәsәvvürlәri redaktә etmәk 

j.  Dini-mәdәni fәaliyyәti genişlәndirmәk 

z. Bәşәriyyәtin müştәrәk tәrәflәrini müәyyәnlәşdirmәk 

f. Birgә yaşayışa imkan yaratmaq 

i. Xalqların dini yaşayış tәrzini inkişaf etdirmәk. 

Dialoqun baş tutması bir neçә şәrtdәn asılıdır. Bu şәrtlәrin әn mühümlәrinә daxildir: a) Dialoq zamanı dinlәr vә mәdәniyyәtlәrin  müstәqilliyi (sәrbәstliyi) tәmin edilsin; b) Dialoq demokratik şәraitdә  baş tutsun vә bu zaman hәr bir dinә münasibәtdә bәrabәrlik vә әdalәt  prinsiplәri  gözlәnilsin;  v)  Dialoq  bu  vә  ya  digәr  dinin  hege- monluğuna tabe etdirilmәsin; q) Dialoq kağız üzәrindә qalmamalı,  praktikada özünü tәsdiq etmәli, insanların mәnәviruhi hәyatını qida- landırmalıdır; ğ) Dialoq zamanı әdәb-әrkan qaydaları gözlәnilmәli,  ixlas, düzgünlük, sәbr, yumşaqlıq (hәlimlik), mehribanlıq, uyuşqan- lıq, dözümlülük (tolerantlıq), qanacaqlılıq, fәrasәtlilik, gözәl әxlaq,  fәsahәtlilik vә nitq rәvanlığı kimi keyfiyyәtlәr әsas götürülmәlidir. 

Müasir dövrdә dialoq prosesi bir sıra problem vә әngәllәrlә  üzlәşib. Bu problem vә әngәllәrin әn mühümlәri aşağıdakılardır: 

1. Dini vә mәdәni sahәlәr üzrә aparılan dialoq fәaliyyәtinә si- yasi funksiyaların yüklәnilmәsi; 

2. Dinlәr vә mәdәniyyәtlәrarası dialoqların siyasilәşdirilmәsi; 
3. Dialoqda dini vә mәdәni tәmsilçilik problemi; 

4. Dialoqa vә yollarına bәlәd olan hazırlıqlı müsәlman kadrların yoxluğu; 

5. Dialoqun dili, mövzuları vә idarә edilmәsi vasitәlәri problemi; 

6. Dialoqun maliyyәlәşdirilmәsi, onun siyasi vә ya Kilsәyә  tabe orqanlardan asılılığı problemi. 

    Müsәlmanların nәzәrindә dialoq hüquqi statusa malikdir. Bu status Qurandan, Sünnәdәn, islamın mahiyyәti vә mәdәniyyәtindәn  irәli gәlir. Cahanşümulluq, mötәdillik, ağlabatanlıq vә faydalılıq kimi  xüsusiyyәtlәrә sahib islam ünsiyyәtә (tanışlığa), dini-mәdәni tәmasa  çağıran bir dindir.

    Daxili vә xarici olmaqla iki növ dialoq mövcuddur. Daxili  dialoq “Öz”ün (“Mәn”in) formalaşmasına xidmәt etdiyi halda, xarici  dialoq tanışlıq vә anlaşma üçün “Öz”ü әtrafdakı digәr “öz”lәrlә әla- qәlәndirmәk mәqsәdi daşıyır. Qeyri-müsәlmanlarla xarici dialoq di- ni-mәdәni әlaqәlәrә rәvac verir, birgә yaşayışın vә müştәrәk bәşәri  dәyәrlәrin yaradılmasına şәrait yaradır. Bu zaman bәşәri qardaşlıq,  humanist qonşuluq, yer üzünә sahiblik,  insana bәxş edilmiş ilahi  şәrәf-izzәtlilik kimi prinsiplәrdәn, ortaq insani dәyәrlәr vә hәr zaman  bәşәriyyәti düşündürәn problemlәrdәn çıxış edilir.  

    Müasir dövrdә, xüsusilә dә mәlum “11 Sentyabr” hadisәsindәn sonra beynәlxalq münasibәtlәrdә siyasi nәzәriyyә kimi sivilizasiyaların toqquşması nәzәriyyәsinin inkişaf etdirilmәsi nәticәsindә dialoq fәaliyyәti böhran keçirir. Bәli, bu nәzәriyyә beynәlxalq münasibәtlәri tәnzimlәyәn nәzәriyyәyә çevrilib, Qәrblә İslam dünyasının  әlaqәlәrinә zәrbә vurub, müsәlmanlarla qәrblilәrin dialoqunda böhranlı vәziyyәt yaradıb; nәticәdә Qәrb İslam dünyası ilә dialoqa psixoloji  baxımdan  hazır  olmayan  tәrәfә  çevrilib.  İslamın  vә  müsәlmanların saxtalaşdırılmış stereotipini yaradan Qәrb mediasının bu  istiqamәtdә rolu danılmazdır.  

    Sivilizasiyaların toqquşması nәzәriyyәsi Qәrblә İslam dünyası  arasında siyasi, dini vә mәdәni qarşıdurmaya gәtirib çıxarıb. Çünki  sözügedәn nәzәriyyә islamı Qәrbi vә eyniadlı mәdәniyyәti tәhdid  etmәkdә tәqsirlәndirir; xüsusilә dә Sovet İttifaqının süqutundan sonra Qәrb yeni düşmәn yaratmaq fәaliyyәtinә başlayıb vә “düşmәn  islam” nәzәriyyәsini ortaya atıb.  

    Qarşıdurma indi iki formada baş verir. Birincisi budur ki,  müsәlmanlar saxtalaşdırılmış, qaralanmış stereotip qarşısında öz dinlәrini müdafiә etmәyә mәcburdurlar. Yeni müstәmlәkәçilik formalarına,  hegemonluğa,  İslam  dünyasını  parçalamaq  strategiyalarına  qarşı mübarizә aparıb Qәrbdәki birbaşa zülmә tuş gәlmiş müsәlman azlıqları müdafiә etmәk isә ikinci istiqamәti tәmsil edir. Bütün bunlar  zәruri edir ki, islamla Qәrbin münasibәtlәrindәki qırılmadan sonra  yenidәn dialoq mәdәniyyәti gündәmә gәlsin. Bunun üçün siyasi, mәdәni, dini vә informasiya mexanizmlәri işlәnib hazırlanmalı, hәr iki  tәrәf bu mәsәlәdә әlindәn gәlәni etmәlidir. 

    Problem vә maneәlәrә rәğmәn, XX әsrin ikinci yarısında dialoq istiqamәtindәki cәhdlәr öz sәmәrәsini vermişdi; müsәlmanlarla  qeyri-müsәlmanların  münasibәtlәri  әhәmiyyәtli  dәrәcәdә  yaxşılaşmış, müsәlman-xristian әlaqәlәrinin daha da inkişaf etdirilmәsi üçün  Vatikan әlaqәdar qәrarlara imza atmış, sonuncu ilә İslam dünyası  arasında  müsәlman-xristian  dialoqu  komitәlәri  yaradılmışdı.  Xristianlığın digәr qolları da müsәlmanlarla dialoq müqavilәlәrinә can  atmağa başlamış, islam Qәrb kilsәsinin “İbrahim irsi” (The Abra- hamic Tradition) adlandırdığı mәdәniyyәtin bir parçası kimi qәbul  edilmişdi. Beynәlxalq tәşkilatlar mәdәniyyәtlәrin dialoqu ilә maraq- lanmağa başlamış, bu istiqamәtdә mühüm qәrarlar, bәyanatlar verilmiş, dinlәr vә mәdәniyyәtlәrarası dialoq forumları, komissarlıqları  yaradılmışdı. Bәzi beynәlxalq siyasi, mәdәni vә dini rәhbәrliklәr sivilizasiyaların dialoqu mövzusunu gündәmә gәtirmiş, bu mövzu ilә  әlaqәdar  anlayışlar  vә  ideyalar  formalaşdırılmış,  dünyada  dialoq  mәdәniyyәtinin yayılması üçün çağırışlar edilmişdi. 

    Bütün bunlara baxmayaraq, “11 Sentyabr” hadisәsindәn sonrakı illәrdә Qәrblә İslam dünyası arasında gәrginlik yaranıb, dialoq  demәk olar ki, kәsilib, dini vә mәdәni kontakt vasitәlәri dondurulub.  Odur ki, dünyada sülhün bәrqәrar olub ümumi mәnafeyin tәmin  edilmәsi üçün bir tәrәfdәn, dialoqa yenidәn başlamaq, digәr tәrәfdәn  isә bütün bәşәriyyәtә dialoq mәdәniyyәtini aşılamaq lazımdır.