RESOURCES

Müsəlmanın iradə və mənəviyyatının böhranı

Author: Abdul Hamid AbuSulayman

Müsəlmanın iradə və mənəviyyatının böhranı

     Müsəlmanlar uzun illər İslamı qorxulu və təhlükəli görənlərin qərəzli baxışları ilə çirklənən aynalarla göstərildilər. Hələ də izləri qalan bu əyri, bulanıq görüntünün müəllifləri özlərinə aid mənfi keyfiyyətləri müsəlmanların adlarına yazırlar. Bir yandan onları alçaltmağa çalışır, digər tərəfdən isə öz nöqsanlarını ört-basdır edə biləcəklərinə ümid edirlər. Buna ən bariz nümunə isə iki eybəcər xislətin - zorakılıq tərəfdarlığı və soyqırım vəhşiliyi müsəlmanlara aid keyfiyyət kimi təqdim edilməsidir. Əslində, bu mənfiliklərin İslamın ruh və mayası  ilə əsla uzlaşmayacağını yaxşı bildikləri üçün əyri yollara əl atırlar.

     Artıq bu sahədə aparılan müxtəlifsəpkili tədqiqatlar nəticəsində bu kimi təşəbbüslərin patoloji səviyyədə bir təhrif metodu olduğu  aydınlaşır və qərəzli iddialar tədricən öz təsirini itirir. Mənbəli, istinadlı tarix və mədəniyyət spektrli tədqiqatlar sayəsində isə şər və böhtanlar  öz qüvvəsini itirir. Həmçinin düşüncə deformasiyasını qarşısına məqsəd qoymuş təhriflər də işə yaramır.